Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yük qatarı hərəkət edib

  • Müəllif: admin
  • 24 Oktyabr 2017 17:54
59ef385d7dd99_1508849150202299006_1000x669
Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yük qatarı hərəkət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “ADY Express” şirkətindən məlumat verilib.
Bildirilib ki, 82 konteynerdən ibarət qatar Qazaxıstanın Kustanay stansıyadan Türkiyənin Mersin şəhərinə yola salınıb. Qatar ilk öncə Kustanay stansiyasından Kurık limanına çatacaq, oradan isə yüklər gəmi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətiriləcək. Daha sonra isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin daşınması həyata keçiriləcək.
Gununsesi.info