Bakı-Tbilisi sərnişin qatarının hərəkəti məhdudlaşdırıldı – Biletlər geri qaytarılır

  • By admin
  • 14 Mart 2020 13:32

Martın 14-ü saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib, Bakıya qayıdır.

Gununsesi.org bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib.

Qeyd edək ki, Bakı-Tbilisi qatarına alınmış biletlər üçün ödənilən məbləğ “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən sahiblərinə geri qaytarılacaq.

Gununsesi.org