Bakıda 14 yaşlı qız - itkin düşüb

  • By admin
  • 23 May 2018 17:46

Bakıda 14 yaşlı qız itkin düşüb.

Gununsesi.info-nun Reporta istinadən verdiyi xəbərə görə, hadisə Səbail rayonunda yerləşən “Park Bulvar” ticarət mərkəzində qeydə alınıb.

 2002-ci il təvəllüdlü Nuranə Abdurrahmanovanın yaxınları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat veriblər. Onlar qızlarının sonuncu dəfə həmin ticarət mərkəzinə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.

İtmiş qızın axtarışları davam etdirilir.