Bakıda 18 yaşlı gənc həmyaşıdını öldürüb

  • Müəllif: admin
  • 24 Dekabr 2018 13:12

Bakıda 18 yaşlı gənc həmyaşıdını öldürüb.

“Gununsesi.org” un verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu, Atatürk prospektində baş verib.

2000-ci il təvəllüdlü Rauf Murğuzov həmyaşıdı Elman Xəlilovu bıçaqlayıb. E.Xəlilov hadisə nəticəsində vəfat edib. R.Murğuzov saxlanılıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

***

Vəfat edən E.Xəlilov Azərbaycan Texniki Universitetinin, cinayəti törətməkdə şübhəli bilinən R.Murğuzov isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələridir.

***

Azərbaycan Texniki Universiteti tələbənin qətli ilə bağlı açıqlama yayıb. Rəsmi məlumatda qeyd olunub ki, bıçaqlanaraq öldürülən 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu universitetin Nəqliyyat fakültəsinin II kurs tələbəsidir: “Bizdə olan qeyri-rəsmi məlumata görə, Elman uşaqlıq dostu Murquzov Rauf İlqar oğlu tərəfindən qətlə yetirilib. Hadisə dünən, istirahət günü universitetdən kənarda baş verib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Murad Əhməd