Bakıda 60 minə yaxın insan…

  • By admin
  • 16 İyun 2020 17:51

2019-2020-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 674 nəfər V və IX sinif şagirdi üçün diaqnostik qiymətləndirmə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Gununsesi.org-a verilən məlumata görə, diaqnostik qiymətləndirmə V siniflər üzrə 28 830, IX siniflər üzrə 29 844 məktəblini əhatə edib.

Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri nəticələr təhlil edilib. İbtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib.

Monitorinqə Bakı şəhəri üzrə 218 məktəbdən 28 830 şagird cəlb edilib. Monitorinqlərin nəticələri ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə təhlil edilib.

Gununsesi.org