Bakıda 76 yaşlı qadının meyiti tapıldı

  • By admin
  • 25 Sentyabr 2019 21:50

Bakıda mənzildən qadın meyiti tapılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1943-cü il təvəllüdlü Haqverdiyeva Sahibə Ağasəlim qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Gununsesi.org