Bakıda 8 nəfər dönərdən zəhərləndi

  • By admin
  • 13 Dekabr 2021 10:27

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Kliniki Tibbi Mərkəzdən sayta verilən məlumata görə, “28 May” metrostansiyası yaxınlığında yerləşən dönərxanalardan birində dönər yeyən 8 nəfər zəhərlənmə diaqnozu ilə Mərkəzə gətirilib.

Zəhərlənən şəxslərdən biri qadın, yeddisi kişidir. Onlardan birinin 16 yaşı var. Vəziyyətləri ağır, orta ağırdır.

DİN-nin sözçüsü Elşad Hacıyev bu hadisə ilə bağlı bildirib-

Zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi RPİ-də bununla bağlı araşdırmalar aparılır. Dönərxananın fəaliyyəti dayandırılıb.

 

Gununsesi.info