Bakıda akkumulyator oğruları saxlanılıb

  • Müəllif: admin
  • 19 Oktyabr 2016 10:20

ogru

Xəzər rayon polis idarəsinə rayon ərazisindən minik avtomobillərinin akkumlyatorlarının oğurlanması barədə məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, cinayət axtarış idarəsinin əməliyyatçılarının keçirdiyi tədbirlər nəticəsində oğurluğu törədən əslən Sabirabad rayonundan olan paytaxtın Xətai rayonu Kənd Əhmədlidə adlan ərazidə  qalan  20 yaşlı Fərid Nəsirli saxlanılıb. İstintaq zamanı dindirilən Fərid əməlini səmimi etiraf edib. Onun sözlərinə görə hadisəni törətməsinə səbəb pula olan  ehtiyyacı olub. Beləki Fəridin əli əyri yola öyrəsdiyindən artıq ailəsi onu yaxınlarına buraxmır. İlk dəfə dayısının evindən içi 50 qəpiklə dolu olan 2700 manat dəyərində pulu oğurladığından saxlanılıb.Ancaq dayısı şikayətçi olmadığından həps olunmayıb. Beləliklə Fərid hər cinayətinin belə sonlanacağını nəzərə alıb öz işinə davam edib. Bu dəfə isə o Xəxər rayonunun  Talışlar məhəlləsi,  südçülük savxozu, Mərədəkan qəsəbələrindən  2106 vaz 2107 markalı avtomobillərə məxsus akkumlyatorları oğurlamağa dadanıb. Bunun üçün o əvvəlcədən planda qurub.20 yaşlı gəncin heçdə həmişə işi danışdığı kimi rahat getməyib. Oğurluq hadisələri zamanı çətinə düşüən Fərid bu vəziyyətdən də çıxmağı bacarıb. Artıq 2 dəfə məhkumluq həyatı yaşayan Fərid Nəsirliyə əvvəlki cinayətlərindən bir dərs çıxartmamısanmçı deyəndə o bunu da özü məxsus şəkildə cavablanmdırdı. Faktla bağlı Xəzər rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.

Gununsesi.info