Bakıda aksiya - SAXLANILANLAR VAR

  • By admin
  • 18 İyun 2020 17:33

 

Bu gün, iyunun 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup qadın fəalı Bakıda, Səməd Vurğun bağının qarşısındakı parkda etiraz aksiyası keçirməyə cəhd edib.

Gununsesi.org-un “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, fəallar Bakıda sərt karantin rejimi zamanı iyunun 7-də və 8-də Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində sakinlərlə polis arasında yaşanan insidentə etiraz edib.

Polis aksiyanın qarşısnı alıb. Bir neçə fəal saxlanılıb.

Xatırladaq ki, iyunun 16-da da Bakıda bir qrup ictimai fəal Daxili İşlər Nazirliyinin qarşısında “Polis zorakılığına son!” şüarı ilə etiraz aksiyası keçirməyə cəhd edib.

Gununsesi.org