Bakıda ana qızını bıçaqladı

  • By admin
  • 26 İyul 2020 11:46

 

Paytaxtda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə hadisə Nərimanov rayonunda qeydə alınıb.

Ailə münaqişəsi zəminində ana (şəxsiyyəti dəqiləşdirilir) öz qızı, 1985-ci il təvəllüdlü Cəfərova Nərminə Saday qızını bıçaqlayıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onda döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org