Bakıda at əti satanlar yaxalandı

  • By admin
  • 15 Mart 2022 13:17

“Yararsız ət satışında təqsirləndirilən şəxslərə qarşı mübarizəmiz davam edir”.

Gununsesi.info xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib.

Onun sözlərinə görə, iki paytaxt sakini təmiz mal əti adı altında 300 kq yarasız at əti satarkən Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlara qarşı dələduzluq maddəsi ilə cinayət işi qaldırılaraq məhkəməyə göndərilib.

Gununsesi.info