Bakıda avtobus “BMW” ilə toqquşdu - ÖLƏN VAR

  • Müəllif: admin
  • 08 May 2017 10:38
2017-05-08-10-47-101494224891_1-806
Bakıda ağır yol qəzası baş verib.
Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, ötən gecə saat 9 radələrində Novxanı qəsəbəsində “Daewoo” markalı 90 TH 532 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə “BMW” markalı, 90 VS 007 nömrəli minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 47 yaşlı kişi ağır bədən xəsarətləri alaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info