Bakıda avtobusda dəhşət: xəstə qocanı küçəyə atdılar - FOTOLAR

  • By admin
  • 10 İyun 2016 14:52
Qoca
Hövsan qəsəbəsindən “Əhmədli”yə gələn 10 TG 439 dövlət nömrə nişanlı 132 saylı marşrutda dəhşətli hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, bu gün səhər saat 09:00 radələrində avtobusda 65-70 yaşlı kişi sərnişininin gözlənilmədən halı pisləşib və o huşunu itirib. Sürücü avtobusu “Əhmədli” metrostansiyası qarşısındakı dayanacaqda saxlayaraq sərnişini düşürüb. O, hüşunu itirmiş qocanı asfaltın üzərinə ataraq yoluna davam edib.
Kişi ətrafdakı insanların hadisə yerinə çağırdığı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, kişinin ürəktutuması olub. Kişidə qıcolma yaranıb. FOTOdakı ağ köynəkli oğlan ilkin tibbi yardım göstərib. Kişinin qatlanan dilini çıxararaq həyatını xilas edib.  (Publika)
Qoca2