Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək - BAKIDA

  • By admin
  • 31 Avqust 2017 16:58

14305858162320515969_1000x669

Sentyabrın 6-da Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçiriləcək.

XİN-dən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2012-ci il iyunun 8-də Trabzonda keçirilib. 2013-cı il martın 28-də Batumidə adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən, 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunub. 2014-cü il fevralın 19-da Gəncə şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Bunun ardınca həmin il dekabrın 10-da Qarsda, 2016-cı il fevralın 19-da isə Tbilisidə müvafiq olaraq dördüncü və beşinci üçtərəfli formatda görüşlər keçirilib.

Gununsesi.info