Bakıda binanın qarşısındakı fərdi bağlarda başlayan yanğın söndürülüb (YENİLƏNİB)

  • Müəllif: admin
  • 26 İyun 2018 20:59

Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda başlayan yanğın əraziyə dərhal cəlb olunan yanğısöndürən maşın və canlı qüvvə vasitəsilə söndürülüb.

 

***

Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda yanğın başlayıb.

Əraziyə 2 yanğınsöndürən maşın cəlb olunub.

 Həyətdə saxlanılan avtomobillər səbəbindən yanğınsöndürən maşınlar əraziyə yaxınlaşa bilmir.

Binanın 1-ci mərtəbəsi üçün təhlükə yaranıb.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.