Bakıda “bomj” vərəmdən öldü

  • By admin
  • 07 Mart 2020 14:32

Bakıda “bomj” xəstəxanaya aparılarkən ölüb. 

Bu barədə Gununsesi.org-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hadisə dünən baş verib:

“Paytaxt ərazisində, daha dəqiq desək “28 May” metrostansiyasının yaxınlığında bir nəfər kişinin halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağrılıb.

Çağırış əsasında əraziyə gedən həkimləri kişinin küçədə yaşadığını (bomj) görüb.

İlkin olaraq, kişinin vərəmdən əziyyət çəkdiyi ehtimal olunub. O, xəstəxanaya aparılarkən yolda vəfat edib”.

Gununsesi.org