Bakıda “bomj” zirzəmidə öldürüldü

  • By admin
  • 25 May 2019 15:35

Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları mayın 23-dən 24-nə keçən gecə törədilmiş qətlin üstünü açıb.

Bu barədə Gununsesi.org-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 24-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bəşir Səfəroğlu küçəsində yerləşən 219 saylı evin zirzəmisində gənc kişi meyiti aşkarlayıb. Meyitin müayinəsi zamanı onun döyülərək öldürüldüyü müəyyən edilib. Qurban mayın 24-nə keçən gecə keçinib.