Bakıda boya sexi yanır

Bakıda boya sexi yanır

Bakıda boya sexində yanğın başlayıb.

Gununsesi.info “Ölkə.Az”a istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.

Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

 Yanğın məhdudlaşdırılıb. Nazirlikdən bildirilib ki, ətraf ərazilərə təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.

COMMENTS