Bakıda bu yollarda sıxlıq var

  • By admin
  • 08 İyul 2021 09:36

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sıxlıq olan avtomobil yollarının adlarını açıqlayıb.

Agentlikdən verilən məlumatda bildirilir ki, hazırda Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsindən istiqamətindən başlayaraq,20 Yanvar dairəsi istiqaməti, Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində), Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra,Heydər Əliyev prospekti istiqamətində) və Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Yavər Əliyev küçəsində (Aeroport şossesinə çıxan yol) sıxlıq müşahidə edilir.