Bakıda çoxmərtəbəli binada güclü partlayış - FOTO/VİDEO

Bu gün günorta saatlarında FHN-nin “112” xəttinə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

Gununsesi.info nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, mənzilə ziyan dəyib, həmçinin 2 qonşu mənzilin giriş qapıları çərçivəsindən çıxıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

FHN-nin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.




Gununsesi.info