Bakıda çoxmərtəbəli binada yanğın olub

  • Müəllif: admin
  • 29 İyul 2020 22:08

Bakı şəhərinin Nəsimi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Yanğın saat 20:25-də söndürülüb. Əlavə məlumat veriləcək.

 

Gununsesi.info