Bakıda DƏBDƏBƏLİ TOY: Dünya ulduzları bir arada - VİDEO

  • By admin
  • 27 Noyabr 2021 12:46

Rusiya və Türkiyənin məşhur simaları Azərbaycana gəlib.

Gununsesi.info olay.az-a istinadla xəbər verir ki, populyar estrada ulduzları Bakıda keçirilən dəbdəbəli toy mərasimində yer alıblar. Həmin gecədə Rafet El Roman, Mustafa Ceceli, Polina Qaqarina, JONY (Cahid Hüseynli), ELMAN (Elman Zeynalov) çıxış edib.

Cavid Gülün aparıcısı olduğu tədbirdə Azərbaycandan olan sənətçilər də yer alıb. Belə ki, Xalq artistləri Miri Yusif, Röya Ayxan, Əməkdar artist Xəyyam Nisanov gecədə çıxış edən müğənnilərdəndir.

Məşhur simalar “Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəylinin oğlu Orxanın toyunda səhnəyə çıxıblar.