
Bakıdakı yaşayış binalarının birində daha bir yanğın hadisəsi baş verib.
Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 4 m² sahədə yanıb.
üksək temperaturdan mətbəxin tavanı 10 m² sahədə və məişət texnikası qarsalanıb.
Yanğın zamanı 40 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.












