Bakıda direktor məktəbdə əsəbiləşdi, dünyasını dəyişdi

  • By admin
  • 01 Oktyabr 2019 22:15

Bakının Maştağa qəsəbəsində yerləşən 293 nömrəli məktəbin direktoru Vaqif Tarverdili vəfat edib.

Gununsesi.org xəbər verir ki, 60 yaşlı direktor məktəbdə əsəbləşdiyi üçün insult keçirərək komaya düşüb.

O, 3 saylı şəhər klinik xəstəxanaya çatdırılsa da, orada keçinib.

Qeyd edək ki, Vaqif Baba oğlu Tarverdili sözügedən məktəbə ötən il direktor təyin olunmuşdu.

Gununsesi.org