Ölçüsü smartfondan kiçik fərdi kondisioner hazırlanıb

  • By admin
  • 01 Oktyabr 2019 22:04

“Sony” şirkətinin mühəndisləri tərəfindən ölçüsü smartfondan kiçik olan fərdi kondisioner hazırlanıb.

Gununsesi.org-un məlumatına görə, Yapon şirkətinin əməkdaşları 85 qram ağırlığında olan yığcam daşınan kondisioneri “Reon Pocket” adlandırıblar. Qurğu köynəyin cibinə yerləşdirilərək insanı istidə sərinlədir, soyuqda isə qızdırır. Cihaz temperaturu 8-13 selsi dərəcə aşağı sala, yaxud yüksəldə bilir.

Qurğunun akkumulyatoru 1,5 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub və enerji ilə yüklənməsinə təxminən 2 saat vaxt tələb olunur.

 

 

Gununsesi.org