Bakıda dollar qıtlığı

  • By admin
  • 05 Avqust 2016 15:15

One hundred dollar notes are seen in this photo illustration at a bank in Seoul January 9, 2013. REUTERS/Lee Jae-Won

 

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında nağd dollar satışında yenidən qıtlıq müşahidə olunur.

Gununsesi.info “report.az”a istinadən xəbər verir ki, Bakı şəhərinin mərkəzində yerləşən kommersiya banklarında aparılan monitorinq nəticəsi zamanı məlum olub ki, bir çox bankda ABŞ dollarının satışı dayandırılıb, digərlərində isə satışa məhdudiyyət qoyulub. “Silkway Bank”, “Amrahbank”da dollar satışının olmadığı, “Bank of Baku” və “Xalq Bank”da isə satışa 1 000 dollarla məhdudiyyət qoyulduğu bildirilib. Bir çox digər kommersiya banklarında da nağd ABŞ valyutasının satışı dayandırılıb və ya 500-1000 dollarla məhdudlaşdırılıb.

Xatırladaq ki, AMB bu günə dolların rəsmi məzənnəsini 1,5980 AZN/USD səviyyəsində təyin edib. Bu da o deməkdir ki, kommersiya bankları bu günə nağd dollar satışını AMB-nin təyin etdiyi 4%-lik marja nəzərə alınmaqla maksimum 1,6619 AZN/USD-yə apara bilər.

Gununsesi.info