Ev sahibinin iddiasına görə onun mənzili oğurluq edildikdən sonra yandırıldı
Binəqədi rayonu 3 cü mədən 140 ci korpus ev 25 də yanğın hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, 4 otaqlı mənzil yanaraq tamamilə külə dönüb. Ev sahibinin dediyinə görə, hadisə baş verməzdən əvvəl onlar əyalətdə olublar. Bir neçə gün evə gəlməyiblər və evdən çıxarkən təhlükəsizliyi təmin etmək üçün bütün komunal xətləri bağlayıblar.
Ev sahibi həmçinin bildirir ki, ev heç də təsadüfdən yanmayıb. Buna səbəb də evdə televizor qızıl ziynət o cümlədən digər məişət avadanlıqlarının hadisədən sonra tamamilə yoxa çıxmasıdır. Çünki yanğın baş versə də, pul və qızıl ziynət əşyaları dəmir qabda olub. Ancaq nədənsə həmin qab ortada yoxdur.
Zərərçəkənin dediyinə görə, bununla bağlı artıq rayon polis idarəsinə də müraciət olunub. Amma hələ ki, evdən oğurluq edən şübhəli şəxslər müəyyən olunmayıb. Baş vermiş hadisə ilə bağlı Binqədi rayon polis idarəsinin 4 cü polis bölməsinə müraciət etdik. Polis əməkdaşlarının dediyinə görə, istintaq işləri davam etdirilir. Şübhəli şəxs və ya şəxslərlərin müəyyən edilməsi ilə bağlı yenilik yoxdur.