Bakıda evakuator qəza törətdi, daşıdığı avtomobil piyadanın üzərinə aşdı -FOTO/VİDEO

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfərin ayağı sınıb.

Gununsesi.info xəbər verir ki, hadisə Şamil Kamilov və Sakit Qocayev küçələrinin kəsişməsində qeydə alınıb.

Evakuatoru idarə edən sürücü sükana nəzarəti itirib. Bu zaman evakuatorun üzərində olan yük avtomobili piyadanın üzərinə aşıb. Nəticədə piyada ağır xəsarət alıb. Bundan başqa, idarəetmədən çıxan evakuator kəsişmədə olan “Opel” markalı maşına, daha sonra “Toyota” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Opel”in sürücüsü də xəsarət alıb.

Hadisə Sakit Qocayev küçəsində sıxlığa səbəb olub. Yol polisinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyiblər.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Gununsesi.info