Bakıda gecə klubunda kütləvi dava: Dörd qadın döyüldü -YENİLƏNDİ

  • By admin
  • 13 Fevral 2023 10:27

Nəsimi rayonunda yerləşən klubların birində baş verən kütləvi davanın təfərrüatı məlum olub.

Gununsesi.info xəbər verir ki, “Hiss” gecə klubunda kişi müştərilərdən biri sərxoş olub.

O, qızlar oturan masaya yaxınlaşıb və onunla rəqs etmələrini istəyib.

Qızlar ona etiraz ediblər. Nəticədə onlar arasında dava düşüb.

Döyülən qızlardan biri xəstəxanaya yerləşdirilib, üçü isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

09:12

Səbail rayonunda yerləşən klubların birində kütləvi dava düşüb.

Gununsesi.info xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən ərazidə baş verib.

Məkanda dörd qadın döyülərək xəsarət alıb. Qadınlar xəstəxanaya yerləşdiriliblər.

Gununsesi.info