Bakıda hava limanının əməkdaşı bıçaqlanıb

  • By admin
  • 29 Dekabr 2019 18:45

Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.org-un xəbərinə görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Əliyev Samir Seyfulla oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, S. Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun texniki şöbəsinin əməkdaşıdır.

Gununsesi.org