Bakıda hava şəraiti ilə əlaqədar nəqliyyatın hərəkət sürəti azaldılıb

  • Müəllif: admin
  • 27 May 2018 11:41

 Bakının Heydər Əliyev prospektində (Mərdəkan körpüsünədək) bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkət sürətinin həddi 20 km/saat endirilib.

Gununsesi.info Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Mais Ağayev bildirib.

M. Ağayevin sözlərinə görə, atılan addım mövcud hava şəraitində nəqliyyat hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədiylə həyata keçirilib.