Sabunçu rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisələri baş verib.
Gununsesi.info xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində piyadanın ölümünə səbəb yox qəzası baş verib. Qəsəbə ərazisində VAZ-21015 markalı avtomobilin sürücüsü yolu keçmək istəyən piyada 60 yaşlı Məmmədov Vaqif Mürsəl oğlunu vurub. Piyada ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.
Hadisə yerində polis əməkdaşları olublar. Sürücü saxlanılıb. VAZ 21015 markalı avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar cinayət işi başlanıb və avtotexniki ekspertiza təyin olunub.
Sabunçu rayonun Ramana qəsəbəsində yol qəzası baş verib. 166 nömrəli marşut xətti üzrə hərəkət edən avtobus yolu keçmək istəyən 40 yaşlı Vüqar Əhmədovu vurub. Ağır xəsarət alan Vüqar Əhmədov təcili tibbi yardım avtomobili ilə xəstəxanasına çatdırılıb. Həkimlər Vüqar Əhmədovda sınıq xəsarətlərinin olduğunu bildiriblər. Polis əməkdaşları avtobus sürücüsünün ifadəsini alıblar. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla əlaqədar cinayət işi başlanıb.