Bakıda intihar hadisəsi baş verib

  • By admin
  • 23 May 2018 12:43

Bakıda intihar hadisəsi baş verib.

Gununsesi.info “Ölkə.Az”a istinadən bildirir ki, Xətai rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi ev 101, mənzil 57 ünvanında qeydə alınıb. Orada yaşayan 1989-cu il təvəllüdlü Zagirbəyov Samir Tahiroviç özünü 6-cı mərtəbədən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Qeyd edək ki, intihar edən şəxs ailəli olub, azyaşlı övladı var.

 İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.