Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur

  • By admin
  • 08 Avqust 2016 12:00

hava-1

Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur.

Bu barədə Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, Bakıda iqlim normasından yüksək temperatur qeydə alınıb.

G. Məmmədova qeyd edib ki, paytaxtda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir.

Qeyd edək ki, isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

Gununsesi.info