
Bakıda qətl törədilib.
Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Rahib Telman oğlu Babayev aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Ülviyyə Orucəliyevanı boğaraq öldürüb.
Hadisəni törədən R.Babayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Gununsesi.info