Bakıda kişi meyiti tapıblar

  • By admin
  • 17 İyul 2022 20:35

Bakıda 67 yaşlı kişinin meyiti aşkarlanıb.

Gununsesi.info bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

“112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info