Bakıda kütləvi dava - 2 NƏFƏR BIÇAQLANIB

  • By admin
  • 12 Dekabr 2017 09:30

Bakının Nizami rayonunda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, Qara Qarayev prospekti, 26 ünvanında 5 nəfər arasında əlbəyaxa dava olub.
Nəticədə 1985-ci il təvəllüdlü Ələkbərov Ruslan İsrafil oğlu və 1985-ci il təvəllüdlü Qurbanov Tural Hacıməmməd oğlu bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, T.Qurbanovun vəziyyəti ağırdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırma aparılır.

Gununsesi.info