Rusiya qoşunları Suriyadan çıxır

  • By admin
  • 12 Dekabr 2017 09:35

Rusiya hərbçiləri artıq Suriyadan evə qayıtmağa başlayıblar. Rusiya qoşunlarının ərəb ölkəsindən tam olaraq çıxarılacağı dəqiq vaxt vəziyyətə uyğun olaraq müəyyən ediləcək.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Onlar artıq qayıtmağa başlayıblar, vəziyyətə uyğun olaraq baxacağıq”, – deyə nazir bu prosesin nə qədər vaxt aparacağına dair sualı cavablandırarkən bildirib.

Gununsesi.info