Bakıda “London Taxi” dəhşətli qəza törətdi - ÖLƏN VAR

  • By admin
  • 14 Mart 2022 14:29

Martın 13-də saat 22 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, R.Qəhrəmanov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolun kənarında piyada paytaxt sakinləri Nurlan Hümbətovu vurub, sonra orada dayanmış “Mitsubishi” markalı avtomobillə çırpılıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ-də araşdırma aparılır.

Gununsesi.info