Bakıda mənzildən meyit tapıldı

  • By admin
  • 25 Fevral 2023 21:47

Bakıda mənzildən meyit tapılıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info