
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadan xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan meyvə-tərəvəz mağazasının dam örtüyü 2 m2 sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info