Bakıda mağazadan kamera qarışısında iki min manat oğurladı- VİDEO

Bakının Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən ayaqqabı mağazasından oğurluq hadisəsi olub.

Bu barədə Oxu.Az-a mağaza sahibi Anar Quliyev məlumat verib.

O bildirib ki, hadisə dünən axşam saatlarında baş verib:

“Kassa tərəfə keçərək 2050 manat pulu götürüb qaçıblar. Mağazamızda kamera olmadığından qonşu obyektlərdən xahiş edib oradakı kameralardan baxdıq və iki şəxsin gələrkən yaxınlıqda yerləşən marketə girdiklərini gördük. Hər iki şəxsin üzü aydın görünür”.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info