Bakıda “Mercedes” 3 piyadanı vurdu

  • By admin
  • 16 Sentyabr 2016 11:25

piyade

Gününsəsi.info xəbər verir ki, paytaxtın Nizami rayonunda ağır yol qəzası baş verib.  Rayonun NZS qəsəbəsi Oktay Vəliyev küçəsində “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 3 nəfəri vurub. Hadisədən sonra qəzanı törədən sürücü ərazidən uzaqlaşıb.Yaralılar əkiz qardaşlar Fuad və Fərid İsmayılzadə və 24 yaşlı Anar Bağırov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralılardan ikisi tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb, zərərçəkənlərin ifadələri alınıb.Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.

HTML tutorial

Gününsəsi.info