Bakıda motosiklet avtobusa çırpıldı:ÖLƏN VƏ YARALANANLAR VAR - FOTOLAR

Bakıda motosiklet avtobusa çırpıldı:

Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun apa-ya istinadla verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda “Daewoo” markalı avtobusla motosiklet toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobusun altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məlumata görə, 2001-ci il təvəllüdlü Rauf Heybətovun idarə etdiyi motosikletdə bir sərnişin də olub. Binə qəsəbəsinə gedən yolda motosikletin 160 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusuna çırpılması nəticəsində onun sürücüsü R.Heybətov hadisə yerində dünyasını dəyişib, onun sərnişini – 2001-ci il təvəllüdlü Qurbanov Rövşən Vahid oğlu isə xəsarətlə xəstəxanaya çatdırılıb.

Yol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır.

Gununsesi.info

COMMENTS