İsa Qəmbər bu gün evə buraxılacaq

  • By admin
  • 18 Yanvar 2018 10:16

İsa Qəmbər bu gün xəstəxanadan evə buraxılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə apa-ya Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov məlumat verib.

Həkim qeyd edib ki, İ. Qəmbərin səhhəti yaxşıdır, o müalicəsini ev şəraitində davam etdirəcək.

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent yerləşdirilib.

Gununsesi.info