Bakıda motosiklet avtomobillə toqquşub

  • By admin
  • 08 Yanvar 2022 10:42

Bakıda motosiklet avtomobillə toqquşub.

Gununsesi.info-nun məlumatına görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Rzayev Zahir Cəfər oğlunun idarə etdiyi motosiklet hərəkətdə olan avtomobilə çırpılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ aşıq baldırın əzilməsi diaqnozu qoyulub. Fakt araşdırılır.

Gununsesi.info