Bakıda oğrular tutuldu

  • Müəllif: admin
  • 09 Fevral 2017 12:53

ogru-1

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Biləcəri dəmiryolu stansiyası ərazisində 2 ədəd transformator oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini R.Səfərov saxlanılıb.

Eyni zamanada yanvarın 29-da oğurluq etdiyinə görə tutulan Əhliman Bağırovun Ətrafında Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun daş sexlərindən birindən beton qarışdıran dəzgahın mühərrikini, 3 evdən isə pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Anar
Gununsesi.info