Zahid Oruc: “Qarabağı müstəqil qurum kimi tanıtmağa çalışanlara qarşı çıxarılan hökmdür”

  • Müəllif: admin
  • 09 Fevral 2017 12:58
zahid_oruc63
“Bu əslində Qarabağı müstəqil  qurum kimi tanıtmağa  çalışan qüvvələrə qarşı çıxarılan  hökmdür”.
Bloger Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi bir daha sübut etdi ki, müharibə təkcə səngərdə hərbçilər tərəfindən aparılmır, müharibə, eyni zamanda siyasi, diplomatik, iqtisadi , informativ və mədəni yollarla da aparılır”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafi, təhlükəsizlik, korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, elə son bir ildə gedən proseslərə diqqət yetirsək, o zaman Ermənistanla Azərbaycan arasındakı müharibənin hansı geniş miqyasda getdiyinin şahidi olarıq. “2016-ci ilin aprelində ki  Qarabağ cəbhəsində “dördgünlük müharibə” kimi tarixə  düşən   savaşdan sonra  Azərbaycan tərəfinin özünün  beynəlxalq dairələr qarşısında haqlı mövqeyini müdafiə edə bilməsi erməniləri ciddi iflasa uğrada bildi və irəvan bu məslədə hər hansı siyasi dəstək ala bimədi. Azərbaycanın  yürütdüyü siyasət  nəticəsində ermənilərin Moskava ilə Bakı arasındakı münasibətləri korlaya bilməməsi  fonunda, İrəvan ard-arda ağır zərbələr almış oldu.  Və hazırda da  belə zərbələr almaqda davam edir. Bu zərbələr nəticəsində  ermənilər ciddi həyəcan içindədirlər”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili əlavə edib ki, burada ikinci məqam isə Lapşin üzərində çıxarılacaq hökm hər hansı bir xarici vətəndaş üzərində  Azərbaycanın öz gücünü sınaması anlamında başa düşülməməlidir: “ Biz yaxşı bilirik ki, Lapşin məsələsi ermənilərin  Qarabağı beynəlxalq aləmə  müstəqil qurum kimi təqdim etməsi ilə bağlı həyata keçirdiyi  siyasətin tərkib hissəsi idi. Bu baxımdan Lapşin erməni siyasətinin qrubanıdır.
Ona görə də Azərbaycanın Lapşinlə bağlı çıxaracağı  məhkəmə qərarı həmən dairələr  üzərində çıxaracağı qərardır. Bu əslində Qarabağı müstəqil  qurum kimi tanıtmağa  çalışan qüvvələrə qarşıçıxarılan  hökmdür. Lapşin üzərində dava bir insan üzərindəki dava deyil, bu, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması və bu torpaqların Azərbaycan aid olması uğrunda aparılan savaşın tərkib hissəsi kimi başa düşülmılidir”.
Millət vəkili hesab edir ki, lapşinin Azərbaycan təhvil verilməsində xeyli risklər var idi:“Bldiyimiz kimi Lapşinin İsrail və Rusiya vətəndaşıdır və ermənilər bu  faktordan yetərincə istifadə etməyə çalışdılar. İrəvan bu ölkələr vasitəsi ilə Lapşinin Azərbaycana verilməməsinin qarşısnı almaq üçün Minskə təzyiq etməyə xeyli çabalar göstərdi. Əgər ermənilər bu istəklərinə nail olsaydılar, bundan  Azərbaycana qarşı geniş informasiya təbliğatı maşını kimi istifadə edəcəkdilər.  Yəni, ermənilər bunun  beynəlxalq aləmə təqdim etməyə çalışacaqdılar ki,   hətta Azərbaycanın ən yaxın müttəfiqi,  çətin  günlərin dostu olan Belarus belə, bu,  qərarı ilə Qarabağın Azərbaycan torpağı olmadığı müstəvisində izah etsinlər. Bununla da  növbəti yalan dalğasını davam etdirəcəkdilər.  Bax, o zaman biz bu məhkəmənin uduzlmasının bizim üçün siyasi və diplomatik baxımdan nə qədər baha başa gəldiyini anlayacaqdır. Ona görə də Bakının uğurlu taktika nəticəsində ermənilər növbəti dəfə  məyus edildi.O baxımdan da İrəvan bu gün Lapşin üzərindəki məhkəməni uduzmasını və onun Azərbaycan verilməsindən çox  qəzəblidir”.
Z. Oruc onu da bildirib ki, bu addımla Bakı İrəvanı öz həyata keçirdiyi  siyasətin yedəyinə çevirmiş oldu: “Əgər  bir müddət əvvəl biz onların belə hərəkətləri ilə Azərbaycan  müxtəlif ölkələrlə və ya beynəlxalq təşkilatlar arasında  münasibətini korlayırdısa, indi isə əksinə Bakının atdığı addımlar nəticəsində İrəvan  müxtəlif dövlət və ya beynəlxalq təşkialtlarla münasibəti korlanır.
Elə götürək Ramil Səfərov  məsələsini… Ermənilər bundan biz azərbaycanlı zabitə qarşı deyil, bütövlükdə azərbaycan xalqına qarşı istifadə etmək istəyirdi. Bununla həm Azərbaycan xalqını dünya ictimaiyyətinin gözündən salmaqla bizi Qarabağ savaşından  geri çəkindirmək istəyirdisə, digər tərəfdən erməni öldürməyə qalxanı hansı aqibət gözləyir kimi bir dərs vermək istəyirdilər.  Lakin Azərbaycan prezidenti İlham Əliyevin səyi və iradəsi nəticəsində ermənilərin bu siyasəti də iflasa uradı və nəticədə  Erənistnala Macarıstan münasibətləri korlandı.
Indi də irəvan Belarusu hədəlıməklə məşğuldur. Bunun də nəticəsi yoxdur. Çünki Ermənistan Belarus üçün elə də ciddi  əhəmiyyət kəsb etməyən ölkədir. Bundan uduzan ancaq irəvan olacaq. Bax, Lapşinin Azərbaycana təhvil verilməsinin əhəmiyyəti bundadır.
Biz bununla  dünyaya göstərmək istəyirik ki,bizim savaşımız  qarabağ uğrundadır və bu savaşdan da vaz keçəsi deyilik. Bu yolla Qarabağın əzəli Azərbaycan torpağı olduğunu dünyaya göstərmiş oluruq”.
Millət vəkili onu da bildirdi ki, İrəvan  Bakının son zamanlarda endiridiy bu cür zərbələrdən başını itirib və ayıla bilmədiyindən çox qəzəbləniblər: “Xüsusən də S.Sərkisyan rejimi… Seçkiöncəsi bir məqamda bu hadisələr  Sərkisyan rejiminə öldürücü zərbə hesab etmək olar”.
Bununla belə millət vəkili bildirib ki, Sərkisyan rejimi də vəziyyətdən çıxamaq və “uğur hekayəsi” yaratmaq üçün  əks hücuma əl atacaq və bu dəqiqdir: “Biz bunun fərqindəyik”.
Z. Oruc əlavə edib ki, düzdür, Serj Sərkisyan  2017-ci ilin aprelində keçiriləcək parlament seçkilərinədək bir “uğur hekayəsi” yaratmaq üçün  Azərbaycana qarşı planlar hazırlayır və biz bunun fərqindəyik: “Sərkisyan bu “uğur hekayəsi” ilə yenidən hakimiyyətini qoruyub-saxlamaqla növbəti mərhələdə Qarabağ  məsələsindən istifadə etməklə daxili həyat üçün istifadə  etməyə  çalışır. Onun belə bir ssenarisi var  və bu inkar oluna bilməz”.
Mürtəza
Gununsesi.info