Bakıda qadına qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü ilə bağlı polis araşdırma aparır

  • By admin
  • 21 Fevral 2022 19:27

Bakıda taksi sürücüsü qadına qarşı qeyri-etik hərəkət edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Bildilib ki, 20 fevral tarixində Bakıda işdən çıxan xanım “20 Yanvar” metrostansiyasının yaxınlığından Sumqayıta getmək üçün “manatlıq” taksiyə əyləşib.

Taksi sürücüsü başqa müştəri götürmədən maşını sürüb və xanıma birlikdə vaxt keçirməyi təklif edib. Təklifi rədd edib avtomobildən düşmək istəyən zaman isə sürücü buna imkan verməyib və xanıma qarşı qeyri-etik hərəkət edib.

Zərərçəkmiş qadın avtomobildən düşüb, avtomobilin nömrəsini götürərək polisə müraciət edib.

Məlum olub ki, hadisəni törədən şəxs 90-SS-720 qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Röyal Teymur oğlu olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis faktla bağlı araşdırma aparır.

 

 

Gununsesi.info