Bakıda qadının zorla qaçırılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Daxili İşlər Nazirliyi Bakıda qadının zorla maşına mindirilərək qaçırılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülər araşdırılıb:

“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikrindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.

Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”.

14:46

Bakıda qız qaçırılıb.

“Unikal”ın məlumatına görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib.

Görüntülərdə 3 nəfərin qızı zorla “Opel” markalı avtomobilə mindirdiyi görünür.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info